9 Oktyabr 2015 18:20

Bakının Binəqədi rayonunda polis əməkdaşı xəsarət alması ilə nəticələnən hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Natavan küçəsi, 17 ünvanının qarısında baş verib.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elton Namik oğlu Qurbanov idarə etdiyi “KİA” markalı 99 CR 049 markalı avtomobili həmin ərazidə xidmətdə olan Post-Patrul Xidməti Bölüyünün polis serjantı, 1974-cü il təvəllüdlü Sahib Nağıyevin üstünə sürüb.

Sahib Nağıyev həmin vaxt ərazidə xidməti istifadəsində olan “Fiat Doblo” markalı 90 AP 626 markalı avtomobilin yanında olub. Hadisə nəticəsində Sahib Nağıyev kürək və diz nahiyyəsindən xəsarət alıb. O, Travmatologiya institutunda tibbi yardım alıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində təhqiqat araşdırma aparılıb. Toplanmış materiallar araşdırılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...