12 Oktyabr 2015 15:51
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 25 nəfər zərərçəkmiş şəxs ifadə verib. Zərərçəkmiş şəxslərdən biri Əhməd Məmmədov bildirib ki, həmin MTK-nın tikməsi uçun nəzərdə tutulan binadan ev almaq məqsədilə 15200 ödəyib. O, bildirib ki, ona dəymiş ziyan ödənilib və şikayətçi deyil. Digər zərərçəkən Anar Hüseynov 2920, Esmira Əhmədova 40000, manat ziyan çəkdiyini bildirib. Onlarda dəymiş ziyanın ödənildiyini qeyd ediblər. Onlar bildiriblər ki, təqsirləndirilən şəxslərə qarşı şikayətlərim yoxdur.

Məhkəmə prosesi oktyabrın 19-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər