13 Oktyabr 2015 18:51
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18 radələrində Yasamal rayonu, Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib.

 

Teleqraf.com xəbər verir ki, LADA Priora markalı avtomobil Bakı Dövlət Universitetinin yaxınlığındakı piyada keçidilə hərəkət edən tələbələri vurub. 6 tələbənin xəsarət aldığı bildirilir. Xəsarət alan tələbələr təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alanlar Memarlıq və İnşaat Universitetinin tələbələridir. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Samir İsayev


Müəllif: