14 Oktyabr 2015 11:23
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oteldə keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zöhrab İsmayılov 2015-ci il fevralın 17-də keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda “VAZ 2107” markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Zöhrab İsmayılov onların motelə daxil olduğunun şahidi olub.

Zöhrab İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi “VAZ 2107” markalı maşının təkərlərini bıçaqla deşərək boşaldıb. Sonra otağa daxil olan Zöhrab İsmayılov Vəfa Abdullayeva ilə mübahisə edərək “Burada nə gəzirsən” deyə soruşub. Keçmiş arvadı isə onu təhqir edib. Bu zaman Zöhrab İsmayılov üzərində gəzdirdiyi bıçaqla Vəfa Abdullayevanı bıçaqlayaraq qətlə yetirib.
Qeyd edək ki, Zöhrab İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı Vəfa Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırmışlar.

Zöhrab İsmayılov 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zöhrab İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər