Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aqil Mürşüdov tutulub.
O, bu ilin sentyabrın 26-da Şahin Zülfüqarovu bıçaqlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov