16 Oktyabr 2015 10:25
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Xəlilov küçəsi, 523-cü məhəllə, 11 A ünvanını qarşısında baş verib.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Aleksandr Vasilyeviç Poodlobuxov bıçaqlanıb. O, xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Vəziyyəti ağır olduğu üçün Aleksandr Poodlobuxovnı dindirmək mümkün olmayıb.

62 yaşlı kişinin bıçaqlanması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları məlumatlandırılıb. İlkin məlumata görə, 62 yaşlı kişi Azad adlı şəxs tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: