Bakının Binəqədi rayonunda orta məktəbdə bir qrup şagird şantajla pul tələb etməklə cinayət törədiblər.
Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən 244 saylı orta məktəbdə baş verib.
Həmin məktəbin şagirdləri Ayxan, Elmar, İlqar və Vüqar adlı şagirdlər sinif yoldaşlarına hədə-qorxu gələrək pul tələb ediblər. Onlar sinif yoldaşları, 1999-cu il təvəllüdlü E.C.-ya qarşı xuliqanlıq ediblər.
Əlbir olan dostlar E.C.-yə bildiriblər ki, onu barəsində rüsvayedici videoları sosial şəbəkədə paylaşacaq, həmçinin məktəbdə xoşagəlməz məlumatlar yayacaqlar. Həmin şəxslər bunu etməmək üçün E.C.- dan pul tələb ediblər. Onların tələb etdikləri pulu tapa bilməyən məktəbli şantaj olunması ilə bağlı valdeyinlərinə xəbər verib. Məktəblinin atası, 1968-ci il təvəllüdlü B.C. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov