23 Oktyabr 2015 13:25
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Əlizadənin üzərində şəxsi yoxlama zamanı aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu aşkar olunub.

Məlumat üçün bildiririk ki, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif: