26 Oktyabr 2015 16:35
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Hidayət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Hidayət Vəliyev hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onu məcburi psixi xəstəxanada müalicə olunması qərarı verilib.

Qeyd edək ki, hadisə bu il baş verib. Hidayət Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək “Azərbaycan Beynəlxalq Bankı”nın ofisinə bomba qoyulması barədə məlumat verib. Daha sonra onun verdiyi məlumatın yalnız olduğu aşkarlanıb. İbtidai istintaq zamanı Hidayət Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyənləşib.

Hidayət Vəliyev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər