2 Noyabr 2015 15:14
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olan “jurnlalist”lər Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərinin hər birinin anket məlumatları dəqiqləşdirilib.

Bu zaman məlum olub ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun müavinidir. Eləcə də, Şahin Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.

Qeyd edək ki, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metalurq”adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər.

Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif: