3 Noyabr 2015 17:32
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfər kranın trosları arasında sıxılaraq qalıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: