13 Noyabr 2015 12:21
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını öldürməyə cəhd göstərən 1984-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin aprelində Suraxanı rayonu Tağıyev küçəsində qeydə alınıb. Məhəmməd Əliyev qeyri-rəsmi yaşadığı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib.

Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib.
Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Ayşən Gülüşova hadisə baş verən vaxtı hamilə olub.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Məhəmməd Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: