19 Noyabr 2015 11:59
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qayınata kürəkənini ölümlə hədələyib.

Teleqraf.com xəbər verir ki, hadisə F.Məlikov küçəsi, 5 ünvanında yerləşən yataqxanada baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Quliyev keçmiş qayınatası, 1956-cı il təvəllüdlü Slavik Vanya oğlu Hüseynovun evinə gedib. O, həmin ünvana getməkdə məqsədi uşaqları ilə görüşmək olub.

Bu zaman Zamiq Quliyevlə keçmiş həyat yoldaşı arasında mübahisə yaranıb. Bu vaxt Slavik Hüseynov evində saxladığı tüfəngi götürərək Zamiq Quliyevi öldürməklə hədələyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: