26 Noyabr 2015 11:49
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xəstə qadın anasını və 9 aylıq körpəsini öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib. Şizofreniya xəstəliyindən əziyyət çəkən Dərya Ç. həyat yoldaşından boşanıb. O, İstanbulda yaşayan anası Həcər Balıqçının yanına gedib. Bilinməyən səbəbdən anası ilə mübahisə etməyə başlayıb. Dərya Ç. anasını kürəyindən, 9 aylıq qızını isə sinəsindən bıçaqlayaraq öldürüb.

Bacısının çağırışı üzrə hadisə yerinə gələn polis Dəryanı həbs edib.

Şizofreniya xəstəsi olan və ifadə verə bilməyən Dərya Ç. dispanserə yerləşdirilib.

Ramal


Müəllif: