26 Noyabr 2015 18:43
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qumru Vəzirovaya məxsus köşkdən qapını sındırmaq yolu ilə 1000 manat oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Çingiz Tapdıqov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: