3 Dekabr 2015 23:26
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülər yollarda diqqətli olun!

Yol polisinin gizli xidməti işə başladı. İlkin olaraq gizli yol polisləri paytaxt küçələrində qaydaları pozan sürücüləri aşkar edərək onlar barəsində elektron pratakol tərtib edəcək. Bundan başqa həmin xidmət magistral yollarda da olacaq. Bəs həmin yol polislərinin avtomobilləri hansı rəngdə və necə olacaq?

Artıq, radar və kamera olmayan ərazilərdə qayda pozan sürücülərin də ünvanına cərimə protokolları göndəriləcək.

Bu həftədən etibarən Bakıda yol polisinin gizli xidməti işlə başlayıb. Məqsəd sürücülərin bütün yollarda yol hərəkəti qaydalarına riayyət etməsini təmin etməkdi. Sözü gedən gizli patrul avtomobillərinin üzərində yol polisinə aid heç bir yazı və sayrişan işıq olmayacaq. Xidmətdə olan polislər isə mülki geyimdə olacaq.

"Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü maddəsinə əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər. Əgər sürücü qaydanı pozarsa onun avtomobilinin dövlət nömrə nişanı 'bort-komputer'ə vurularaq elektron pratakol yazılacaq. Pratakol isə sürücünün ünvanına göndəriləcək. Bəs gizli xidməti aparan yol polisləri qayda pozan sürücünü saxlayıb ona yerində cərimə yaza bilərmi?.

Xüsusi ilə də magistral yollarda qarşıdan gələn avtomobilin sürücüsü uzaqvuran işıqlarını bir neçə dəfə yandırıb söndürməklə əks istiqamətdə hərəkətdə olan sürücülərə ərazidə yol polisinin olması ilə bağlı xəbər verirdi. Artıq bu da olmayacaq. Çünki yol polisinin gizli xidməti paytaxt küçələri ilə yanaşı magistral yollarda da olacaq.

Qeyd edək ki, gizli yol polis xidməti dünya təcrübəsində də var. Hətta bir neçə gün əvvəl Rusiyada da bu xidmət fəaliyyətə başlayıb.


Müəllif:

Oxşar xəbərlər