8 Dekabr 2015 18:48
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində müşahidə kamerasını sındıran mütəşəkkil dəstənin üzvləri həbs edilib.

Teleqraf.com xəbər verir ki, F.Əliyev küçəsində yerləşən yeraltı keçiddə quraşdırılmış Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin 3 ədəd müşahidə kameraları və yaddaş qurğusu naməlum şəxslər tərəfindən sındırılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Qarayev, Nicat Məmmədov və Xəyal Musayev tutulub, daha 3 nəfər isə müəyyən edilib. Onların da tutulması üçün əməliyyat-axtarış tərbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər