Bakının Nəsimi rayonunda xuliqanlıq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Qaşqay küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Alı Məmmədov xuliqanlıq zəminində 1991-ci il təvəllüdlü Seyid Hüseynağa oğlu Hüseynovu döyüb. Hadisə gənclər arasında şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov