18 Dekabr 2015 13:55
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda Türkiyə vətəndaşı qarət edilib.

Teleqraf.com xəbər verir ki, hadisə A.Şərifzadə küçəsi, 152 ünvanının qarşısında baş verib.

Türkiyə vətəndaşı, 1990-cı il təvəllüdlü İmran İmdat qızı Buraoğlunun cibindən içərisində 10 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

O, baş verən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə ərizə ilə müraciət edib. Hazırda polis cinayəti törədən şəxsin müəyyən edilərək, tutulması üçün tədbirlər görür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər