21 Dekabr 2015 11:39
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda cəza çəkən əcnəbi vətəndaş ölkə başçısına müraciət edib.

Criminal.az-a müraciət edən 42 yaşlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Raquel Kişor Ədliyyə Nazirliyi Penitensiar Xİdmətin 2 saylı cəzaçəkmə müəssisəsində çəza çəkir. O, 2011-ci ilin aprelində Londonda həbs olunaraq Azərbaycana ekstradisiya olunub. Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. R.Kişor Cinayət Məcəlləsinin 177.3.2, 205, 271-cü maddlələr ilə təqsirli bilinib.

R.Kişor müraciətində yazır ki, Hindistanda anadan olub və peşəkar iqtisadçıdır. Bu səbəbdən də kompyuter texnologiyalarına həvəsi böyük olub. Törətdiyi cinayət də kompyuter infirmasiyasına qanunsuz müdaxilə olub.

''Artıq iki il dörd aydır Azərbaycanda cəza çəkirəm. Azərbaycan adətlərini və milli xörəklərini bəyənirəm. Bir övladım var və ailəmlə birlikdə Londonda yaşayır. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən mənə hər cür şərait yaradılsa da, ailəm üçün çox darıxıram. Cəzaçəkmə müəssisəsində məhkumlara ingilis dilini tədris edirəm. Azərbaycan prezidentinin humanist addımlarını bəyənirəm və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə imzalanacaq əfv fərmanı ilə azadlığa çıxmaq istəyirəm. İnanıram ki, 60-cı əfv fərmanı ilə azadlığa qovuşacam''-deyə R.Kişor yazır.


Müəllif:

Oxşar xəbərlər