23 Dekabr 2015 18:22
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, rayonun Hüsülü kəndində 1942-ci il təvəllüdlü Kərimov Sədrəddin Ağakişi oğlunun idarə etdiyi avtomobillə 1966-cı il təvəllüdlü Həziyev Əzim Əkbər oğlunun idarə etdiyi avtomobil toqquşub. Hər iki sürücü və avtomobillərdə olan 3 sərnişin xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Sərnişinlərdən Muğanlı kənd sakini, 1964-cü il təvəllüdlü Süleymanova Sevil Muxtar qızının həyatını xilas etmək mümkün olmayıb. Onun bacıları 60 yaşlı Kərimova Məlahət Muxtar qızı və 1958-ci il təvəllüdlü Məmişova Sona Muxtar qızının vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif: