Bakının Səbail rayonunda meyit aşkar edilib.
Teleqraf.com xəbər verir ki, meyit Q.Abbasov küçəsi, ev 15, mənzil 40 ünvanında tapılıb.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü İkram Cabbarovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Onun tənha yaşadığı bildirilir.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov