Bakıda polis satışdan partlayıcı oyuncaqların götürülməsi ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Paytaxtın Suraxanı, Yasamal və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Abbas Rəhimovdan, İskəndər Bayramovdan və Vaqif Həsənovdan ümumilikdə 5352 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Hacı Zeynalov