24 Dekabr 2015 18:32
3 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir ərazisindəki qum karxanaları kabusa çevrilib.

Yerli sakinlərin mal-qaralarının otlaq sahələr bu karxanalar ucbatından tamamilə məhv olub. Ən acınacaqlı isə budur ki, sakinlərin iribuynuzlu mal-qaraları karxanaların axıtdığı lildə batır.

Sakinlərin Teleqraf.com-un əməkdaşına bildirdiyinə görə, indiyə kimi karxananın axıtdığı lildə dəfələrlə inək, at və camış batıb. Batan heyvanlar sakinlər tərəfindən böyük əziyyətlər hesabına çıxarılıb. Sonuncu dəfə isə yerli sakin Mahmud Mahmudova məxsus camış lildə bataraq tələf olub. O, deyir rki, onun camışı otlaq sahəsində yaranmış çüxura düşüb. Heyvan palçıqlı çüxurdan çıxa bilmədiyinə görə, köməksiz qalaraq tələf olub. Mahmud və digər kənd sakinləri səhəri gün heyvanın axtarışına çıxarkən onun lildə batdığını və yırtıcılar tərəfindən parçalandığının şahidi olublar. Mahmud Mahmudov deyir ki, yerli sakinlər yaranmış bu vəziyyətə görə tez-tez ziyana düşürlər: "Camaatın heyvanı artıq 3-cü dəfədir həmin çüxurlarda batıb tələf olur. Bundan qabaq kənd ağsaqqalları Yusif kişinin camışı, Akif kişinin inəyi, həmçinin kəndin atları həmin ərazilərdə tələf olublar. Yaranmış vəziyyətlə bağlı qum karxanasının rəhbəri Adil Quliyevə məlumat verdim. O da bildirdi ki, hara istəyirsən de, buna görə biz məsuliyyət daşımırıq. Halbuki, buralar bizim otlaq sahələrimiz olub".

Qeyd edək ki, sakinlərin mal-qarasının tələf olduğu ərazi Mingəçevir kəndinin Kür çayının sahilindəki otlaq sahələridir. Sakinlər bildirdilər ki, hazırda bu ərazilərdə 3 dənə qum-çınqıl karxanası fəaliyyət göstərir. Həmin karxanalar səbəbindən də otlaq yerlərinin yarısını su yuyub, ərazinin böyük hissəsi isə lil-palçığın içindədir.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər