Gecə saatlarında Astara rayonu, Seləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 80 kv.m sahədə və dam örtüyü 105 kv.m sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.