25 Dekabr 2015 13:49
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Kənd sakini Musa Qarayevin idarə etdiyi “T-28” markalı traktorla Ağdam rayon sakini Akif Ağaməmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub.

Nəticədə Akif Ağaməmmədov hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər