Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Natiq Həşimi küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Kamran Bağırov Cümşüd Rüstəmovu bıçaqlayaraq öldürüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hadisəni törədən Kamran Bağırov saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov