28 Dekabr 2015 17:19
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirova hökm oxunub. Məhkəmənin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər