31 Dekabr 2015 16:11
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi törədən şəxsin başqa ağır cinayət törətməsi məlum olub.

Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 29-da Vasif Novruzova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Adil Əzizov tutulub.

Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olması da müəyyən edilib.

Qeyd edək ki, dekabrın 29-da Gəncə şəhər sakini, 29 yaşlı Vasif Novruzov naməlum şəxs tərəfindən baçaqlanmışdı.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər