Tərtərdə 4 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Kənd sakini Paşazadə İnam Elman oğlunun idarə etdiyi 10 LB 991 dövlət nömrə nişanlı VAZ-21099 markalı atomobillə Goranboy rayon istiqamətində hərəkətdə olarkən, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı VAZ-21214 markalı maşınla toqquşub. Nəticədə VAZ-21099 markalı maşında olan sürücü 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə şahidlərinin köməkliyilə Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər. VAZ-21214 markalı maşının sürücüsü Camalov Elməddin və onun maşınında olan 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzada ölənlərin tələbə olduqları bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Xalid Salmanbəyli