2 Yanvar 2016 17:42
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamalda 3 mərtəbəli tikilidə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda tikintisi başa çatmayan ümumi sahəsi 1224 kv.m olan üçmərtəbəli tikilinin birinci mərtəbəsinin dəhlizinə yığılmış tikinti materialları 15 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: