4 Yanvar 2016 10:25
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.


Müəllif: