4 Yanvar 2016 21:37
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ağır yol qəzası baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Bərdənin Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. 90 SV 540 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 01 BP 528 nömrəli “Juquli markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes”də sıxılaraq qalan sürücünü xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəliyinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları sükan arxasında sıxılaraq qalan sürücünü xilas ediblər.

Hadisə nəticəsində hər iki avtomobil yarasız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif: