9 Yanvar 2016 22:30
433

Sumqayıtda "Niva" markalı avtomobil gölə düşüb, avtomobilin sürücüsü dünyasını dəyişib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə “Niva” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.


Müəllif: