25 Yanvar 2016 14:28
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Vahid Əsgərov tutulub.

Vahid Əsgərov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Ondan nömrəsi silinmiş “TT” markalı tapança da götürülüb.

Hacı Zeynalov


Müəllif: