28 Yanvar 2016 11:55
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyatı zamanı Nardaran qəsəbəsi sakini Elgün Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış “Molotov kokteyl”i aşkar edilib.

Elgün Hüseynov həbs edilib.

Hacı Zeynalov


Müəllif: