3 Fevral 2016 14:27
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş Kamran Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmamışdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: