4 Fevral 2016 13:01
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı gənci balta ilə qətlə yetirməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2014-cü ilin noyabrın 19-da, saat 21.30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov evinin hamamında baltalanaraq qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, öldürülən şəxsin qonşuları 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Saxlanılan şəxslərdən Mirələkbər Səttarov ilkin ifadəsi zamanı hadisəsinin münaqişə zəmmində törətdiyini qeyd edib.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışı zamanı təqsirləndirilən şəxsin hər birinə 19 il müddətə azadlıqdan məhrun edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları edib. Xətai Şirinovun vəkili çıxışı zamanı zərərçəkənin ailəsi tərəfindən vəkil söyülüb. Vəkilinin ailə cavab verməsindən sonra məhkəmə salonunda səs-küy qalxıb. Bu zaman yerli icra nümayəndələri və petensiar xidmətinin əməkdaşları tərəfləri sakitləşdirib.

Bundan sonra vəkil çıxışını davam etdirib. O, müdafiə etdiyi şəxsin cinayətdə heç bir əlinin olmadığını deyib və məhkəmədən onun barəsində bəraət istəyib.

Məhkəmə təqsirləndirilən şəxslərə son söz versə də, onlar çıxışa hazır olmadığı üçün məhkəmə prosesi fevralın 4-dək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər