4 Fevral 2016 18:59
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin sentyabrın 19-da Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov tutulub.

Əli Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əli Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər