Bakının Xətai rayonunda intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, hadisə G.Mehmandarov küçəsi, ev 92, mənzil 3 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü, Kamran Sultanov sol bilək və boğaz nahiyəsinə ülgüclə xəsarət yetirərək, intihara cəhd edib. Kamran Sultanov 3 saylı Şəhər Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün dindirmək mümkün olmayıb.
Araşdırmalar zamanı məlum olub ki, Kamran Sultanov külli miqdarda borca düşüb. Borclarını qaytara bilmədiyi üçün Kamran Sultanov çıxış yolunu özünə qəsd etməkdə görüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-cü polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov