5 Fevral 2016 14:41
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Teleqraf.com xəbər verir ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində Katex kəndində yaşayan R.Hobolova, M.Nuriyevə və H.Dəlləyevə məxsus evlərdən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd pnevmatik tir tüfəngi və qızıl əşyaları oğurlamış rayon sakinləri Əziz Əhmədov, Fəxri Əbəçiyev və İsmayıl Bulayev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 11-də Zamir Baydarovun evinə girib onu tüfənglə hədələyərək 6000 manat aparmaları, həmçinin, M.Nuriyevin evindən oğurluğu törədərkən diqqəti özlərindən yayındırmaq məqsədilə kənd sakinlərindən birinin həyətindəki ot tayasını yandırdıqları da müəyyən edilib.

Saxlanılanlardan Əziz Əhmədov fevralın 2-də saat 06 radələrində Balakən RPŞ-nin Müvəqqəti Saxlama Yerində sağ qolunu sanitar qovşağın küncünə sürtərək özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib.

Hacı Zeynalov


Müəllif: