9 Fevral 2016 12:29
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını bıçaq zərbələri vurmaqda təqsirli bilinən İlqar Qocamanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İlqar Qocamanov yaşadığı Qaradağ rayonundakı mənzildə münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovaya öldürmək məqsədi ilə bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib.

O, Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlqar Qocamanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlqar Qocamanovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 il 3 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər