9 Fevral 2016 12:55
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 8-də Xaçmaz şəhərində yaşayan Babək Səlimov baş nahiyəsinin ağır dərəcədə əzilməsi diaqnozu ilə koma halında xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı Babək Səlimovun elektrik mühərriki ilə işləyərkən mühərrikə bərkidilmiş yonqar daşının sınaraq onun gicgah nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər