9 Fevral 2016 18:45
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən vəkil Mənsum Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Əvvəlcə Mənsum Bayramovun anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Sonra protokola bəzi qeydlər aparılması üçün iş apelyasiya instansiyasında baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsum Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənsum Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

Mənsum Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının üzvü olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər