Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova boğularaq qətlə yetirilib. Onun kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov