11 Fevral 2016 14:04
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Qovlar şəhər sakini Elçin Allahverdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Eşqin Ələkbərovu vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: