15 Fevral 2016 18:17
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstrimist dəstə - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Abı Həsənov ifadə verib. Abı Həsənov qeyd edib ki, dəstə üzvləri mənzilinə girmək istəyiblər. Lakin o bu zaman həyətə çıxaraq atəş açıb. Bu zaman təqsirləndirilən şəxslər qaçıblar. Abı Həsənov onlara ən ağır cəzanın verilməsini istəyib.

Daha sonra prosesdə şahid qismində Hacıbəy Hacıbəyov Maşallah Hüseynov və digərləri ifadə veriblər.
Məhkəmə prosesi fevralın 22 də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər