Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı Azər İslamzadə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmək üçün gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəxsi yoxlama zamanı Azər İslamzadənin üzərində gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 136,9 qram olan, 2 dəst sırğa-üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 16 ədəd üzük aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA