Bakının Sabunçu rayonunda itkin düşmüş kimi axtarışda olan 75 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, 1941-ci il təvəllüdlü Heydərqulu Müseybov fevralın 13-də, saat 15.00-da yaşadığı Ramana qəsəbəsi, B.Bağırzadə küçəsi, döngə 2, ev 2 ünvanından çıxıb.
Naməlum istiqamətə gedən 75 yaşlı kişi ilə əlaqə kəsilib. Fevralın 14-də Heydərqulu Müseybovun oğlu, 1972-ci il təvəllüdlü Şükür Müseybov atasının itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib.
Məlumat alan polis dərhal əməliyyata başlayıb. Aparılan araşdırmalar zamanı itkin düşən 75 yaşlı kişinin meyiti 3 saylı Sabunçu Şəhər Xəstəxanasından tapılıb.
Heydərqulu Müseybov fevralın 13-də huşsuz vəiyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsindən sonra 75 yaşlı kişinin öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov