Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ruslan Yetayev vurulub və o, xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ağasəf Səfərov saxlanılıb.
Hacı Zeynalov